Tərtərdən mesajlar İranı silkələdi
Digər xəbərlər

Tərtərdən mesajlar İranı silkələdi

Xəbər verdiyimiz kimi, bu il martın 18- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtərə səfəri baş tutmuşdur. Səfər çərçivəsində Prezidentin xalqa müraciəti ölkəmizin istər regiondakı, istərsə beynəlxalq aləmdəki gücünün artmasını bir daha diqqətə çatdırması qalib dövlətimizin nüfuzunun göstəricisidir.

Sözügedən səfərdə dövlət başçımızın Ermənistana onun havadarlarına verdiyi mesajlar hayların aşiqlərini silkələmişdir. Heç kimə sirr deyil ki, İranın ölkəmizə qarşı düşmənçilik siyasəti 44 günlük müharibədə özünü daha çox büruzə verdi. Belə ki, İran hökuməti tərəfindən Ermənistana gizli yollarla müxtəlif yardımlar edildi. Düşmənin 30 il ərzində davam etdirdiyi işğalçılıq siyasətinə İran tərəfi dəstək oldu. Təsadüfi deyil ki, Paşinyan da İranın ermənilərə dəstəyini mollaların ermənilərin qardaşı olduğunu gizlətməmişdir. Əslində, İran-Ermənistan münasibətləri əzəldən belə olub. Bu baxımdan, İranın 1990- illərin əvvəllərində Ermənistana tərəfdar çıxması, Şuşanın işğalında da molla rejiminin birbaşa rolunun olması, işğal olunmuş ərazilərin talan edilməsində İranın yaxından iştirakı bir daha ikiüzlü düşmənlərin eyni məzhəbə qulluq etdiyini sübuta yetirmişdir. Məsələnin ən qəribə tərəfi isə özünü müsəlman ölkəsi kimi qələmə verən İranın xristian dövləti Ermənistanın yanında dayanmasıdır. Azərbaycanın vaxtilə İranın çirkin əməllərini ifşa etdiyi zaman mollaların həyasızcasına öz yalanlarına don geyindirməsi, gizlətməsi yaddaşlardan silinməyib. 44 günlük Vətən müharibəsi İranın əsl simasını bir daha ortaya qoydu. Həmin dövrdə mollalar ölkəmizin dronlarının sərhəd ərazilərdə uçmasından "narahatlığını" bildirdi. Eyni zamanda İran utanmadan Ermənistana silah, yanacaq daşınması üçün əlindən gələni əsirgəmədi. Ölkə başçımız Tərtərdəki çıxışı zamanı Ermənistan onun havadarlarının xain xislətini bir daha diqqətə çatdırdı: "İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı qədər təzyiqlər oldu, Ermənistana qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək".

Birinci Qarabağ müharibəsində cənub "qonşumuz" niyəsə susdu. Molla hökuməti, həmçinin müsəlman qonşu dövlət kimi düşmənin insanlığa sığmayan müharibə cinayətlərinə etiraz etmədi. Əslində, siyasətində islamofobiya faktoru olan Ermənistanın işğal edilmiş torpaqlarımızda 60-dan çox məscidi dağıtmasına İran göz yummamalı idi. Müqəddəs yerlərdə donuz saxlanılması, ilk növbədə cənub "qardaşlarımızı" narahat etməli idi. Görünür, ölkəmizin günbəgün artan nüfuzu Ermənistan kimi İranı da çox qorxudur.

Dövlət başçımızın Tərtərdə çıxışı zamanı Azərbaycanın Müzəffər Ordusunun bütün bu haqsızlıqların qarşısını alacağını bəyan etməsi ölkəmizin gücündən xəbər verir: "İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı "Qafqazın Xirosimasına" döndərən olmayıb. Bunu unutmaq bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı olacaq?!".

Bütün bunlar bir daha Ermənistanın ölkəmizə qarşı hər hansı yanlış addımlarına qətiyyətlə cavab veriləcəyini təsdiqləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".