TARİXİMİZİN QANLI SƏHİFƏSİ
Tarix

TARİXİMİZİN QANLI SƏHİFƏSİ

Çar Rusiyası, daha sonra isə SSRİ rəhbərlərinin himayədarlığı ilə Azərbaycan torpaqlarının zaman-zaman ermənilərə verilməsi nəticəsində doğma torpaqlarımızda erməni dövlətinin yaradılması, azərbaycanlıların dədə-baba ocaqlarından zorla köçürülməsi ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə, deportasiya soyqırımı ilə müşayiət olunmuşdur. Bəşəriyyətin ən böyük faciələrindən biri olan, kütləviliyi amansızlığı ilə fərqlənən XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat vermək üçün Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nürəddin Məmmədovla həmsöhbət olduq. O bildirdi ki, xalqımızın tarixində min illər boyu qanlı hadisələr, məhrumiyyətlər çox olmuşdur. Amma bunların içərisində 1918-ci il qətliamı xüsusi yer tutur. Bu kütləvi qırğını dünyanın müxtəlif yerlərində bu gün alovlanan müharibələrin törətdiyi faciələrlə bir araya qoymaq düzgün olmazdı. Bəşəriyyət tarixində ən qanlı cinayətlərdən biri kimi yaddaşlarımızda silinməz iz salmış bu soyqırımı faciəsini hər bir azərbaycanlı heç vaxt unutmayacaq. Bəli, 1918-ci ilin mart faciəsi tariximizin qanlı səhifəsidir...

Mart soyqırımından 105 il keçir. Bu müddət ərzində qədirbilən xalqımız öz tarixi-milli ənənələrinə sadiq qalaraq, günahsız soyqırımı qurbanlarının əziz xatirəsini həmişə yad etmişdir etməkdədir. Təcavüzkar erməni şovinistlərinin onların "başbilən ideoloqlarının" etnik təmizləmə, soyqırımı deportasiya siyasətinin acı nəticələrini bütövlükdə minlərlə azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. Tarixi mənbələr təsdiqləyir ki, "dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər bir sıra xarici havadarlarının dəstəyi köməyi ilə müxtəlif dönəmlərdə azərbaycanlılara türklərə qarşı terror soyqırımı həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Azərbaycanın istər çar Rusiyası, istərsə Sovet imperiyası tərkibində olduğu müddətdə bilərəkdən təhrif olunmuş səhifələrindən biri məhz daşnakların dəfələrlə törətdiyi soyqırımdır. Məsələn, tarixi reallıqlara görə, hələ XVIII əsrin 20-ci illərində Rusiya çarı I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir. XIX əsrdə Rusiya-İran Rusiya-Türkiyə müharibələrinin yekunu olaraq Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən isə 85 min erməni köçürülmüş, İrəvan Naxçıvan xanlıqlarının ərazisində "erməni vilayəti" təşkil edilmişdir. Atılan bu addımlar əslində, Azərbaycan torpaqları hesabına yaradılacaq gələcək Ermənistanın təməli idi. Bu qanlı faciələrin ən dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımıdır özünün ağır nəticələri ilə bütün faciələrdən seçilir. Belə ki, həmin ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda digər yerlərdə martın 31- aprelin əvvəlində törətdiyi kütləvi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı ətraf qəzaların minlərlə sakini milli mənsubiyyətlərinə görə qəddarlıqla öldürülmüşdür. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasını, ziyarətgahları, məscidləri top atəşinə tutaraq dağıdıb, insanların meyitlərini yandırıblar. Ümumiyyətlə, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur azərbaycanlıların kompakt yaşadıqları digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş, mərkəzin dəstəyi ilə yaradılmış saxta tarixin üstündən xətt çəkilmişdir. Fenomen şəxsiyyətin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə ermənilərin xalqımıza qarşı dəfələrlə törətdiyi soyqırımı özünün hüquqi siyasi qiymətini almış, bir çox həqiqətlər öz yerini tapmış, günahkarların kimliyi hər kəsə məlum olmuşdur. Həmin tarixdən etibarən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Ulu öndərin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, soyqırımı faciəsinin qurbanlarının xatirəsinin əziz tutulması üçün çox işlər görür. Belə ki, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar buna əyani sübutdur. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Artıq bir neçə ildir ki, bu Kompleks nəinki ölkə əhalisi, həm xaricilər tərəfindən ziyarət edilməklə erməni vəhşilikləri, erməni vandalizmi bütün dünyaya çatdırılır.

Qeyd etmək lazımdır ki, bu qan yaddaşımıza yazılacaq bütün bu hadisələri, məqamları aşkara çıxarmaq nəsildən-nəslə ötürmək, xalqımızın varlığının pasportu olan tariximizi yaşatmaq üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, hiyləgər, xəbis, "zavallı ermənilərin" yırtıcı, iyrənc sifətlərini bütün dünyaya bəyan etməliyik. Elə etməliyik ki, bütün dünya xalqları ermənilərin rəzil sifətlərini görsün kimin kim olduğunu yaxşıca tanısın. Elə etməliyik ki, xalqımızın başına gətirilən bu müsibətlər bir təkrar olunmasın...

Zabit XƏLİLOV,

"Respublika".