Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin vətəndaşlarla görüşü
Digər xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin vətəndaşlarla görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023- ilin aprel ayında şəhər rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov aprelin 13- Lənkəranda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı Lənkəran rayonlarından olan vətəndaşlarla görüşüb.

Dövlət Xidmətinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub.

Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 19 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə ya işə qəbul, övladının təkrar tibbi müayinəyə göndərilməsi, övladının xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, Vətən müharibəsində iştiraka görə medalla təltif olunma, dəfn mərasiminin təşkili keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə müavinətin ödənilməsi, eləcə digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu müraciətlərinə baxılması üçün daha rahat əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xaqani KOSAYEV,

Respublika”.