Rəqəmsal imzanın sistemlərinə inteqrasiya
İQTİSADİYYAT

Rəqəmsal imzanın sistemlərinə inteqrasiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumat xidmətindən bildirilir ki, SİMA yeni nəsil rəqəmsal imzanın maliyyə platforması tərəfdaşı “banks.az” portalı olub. Artıq vətəndaşlar “banks.az” maliyyə supermarketinin veb-saytında SİMA ilə identifikasiyadan keçərək Azərbaycanda fəaliyyət göstərən bankların kredit məhsullarını, kredit və debet kartlarını əldə etmək şərtləri ilə vahid platformada tanış olacaqlar. İstifadəçilər məhsul və xidmətlərin müqayisəli təhlili ilə tanış olduqdan sonra seçdiyi məhsul və xidmət üzrə SİMA ilə banka müraciət edə bilərlər.

Vətəndaşlar SİMA ilə identifikasiya nəticəsində “banks.az” platformasında yaradılan elektron kabinetdə bank və BOKT-lara göndərilən müraciətin statusu barədə məlumat əldə edəcəklər.

Əli SADIQOV,

“Respublika”.