Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb
Sosial həyat

Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkəmizdə fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ilə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin müzakirəsi aparılıb.

Agentliyin sədri vəzifəsini icra edən Nail Mərdanov giriş sözü ilə çıxış edərək tənzimləyici mühitin formalaşması, tənzimləmə və nəzarət institutunun təkmilləşdirilməsinin zərurəti və əhəmiyyəti, bunun beynəlxalq reytinqlərə təsirinin əhəmiyyəti, həmçinin ölkəmizdə tənzimləmə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Nail Mərdanov, eyni zamanda tənzimləyici qurum tərəfindən görülən işlər barəsində məlumatı diqqətə çatdırıb və İKTA tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilinin aparıldığını bildirib.

“Respublika”.