Növbəti beynəlxalq mükafat
Sosial həyat

Növbəti beynəlxalq mükafat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) növbəti beynəlxalq uğurunu qazanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Mərkəz Böyük Britaniyanın "Innovation in Business" təşkilatının 2023-cü il üzrə "Texnoloji İnnovator Müsabiqəsi"ndə "Sosial xidmətlər üzrə ən yaxşı texnologiya innovatoru" adına layiq görülüb. DOST RİM-in son bir ildəki fəaliyyəti, yeni yaradılmış və təkmilləşdirilmiş elektron sistemləri və s. barədə təqdim edilən məlumatlar müsabiqənin tədqiqat komandası tərəfindən ətraflı təhlil olunaraq, Mərkəzin nailiyyətləri yüksək qiymətləndirilib.

"Respublika".