Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Gürcüstandakı səfirliyində olub
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Gürcüstandakı səfirliyində olub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti aprelin 20-də ölkəmizin Tbilisidəki səfirliyinə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Parlamentin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

Parlamentin sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

AZƏRTAC