Mayın 22-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Mayın 22-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Mayın 22- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 989, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 254, ikinci mərhələ üzrə 4 milyon 883 min 230, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 300, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 205-dir.                                                                      

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 386 nəfər müalicə olunaraq sağalıb, 10 min 272 nəfər vəfat edib. Aktiv xəstə sayı 77 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 714, indiyə qədər isə ümumilikdə 7 milyon 612 min 419 test icra olunub.