Ermənistanın qəbiristanlıqları belə səngərə, silah anbarına çevirməsi onun insanlığaqarşı xislətindən xəbər verir
Digər xəbərlər

Ermənistanın qəbiristanlıqları belə səngərə, silah anbarına çevirməsi onun insanlığaqarşı xislətindən xəbər verir

Ötən gün Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz twitter səhifəsində ermənilərin Səringül və Təyyarə bacılarının məzarı arasında səngər qazması ilə bağlı məlumat verib, bununla bağlı fotofakt paylaşıb. Fotoda erməni səngərlərinin məzarlar arasında uzanıb getdiyi əks olunur.

Ermənistanın qəbiristanlıqları belə səngərə, silah anbarına çevirməsi onun anti-insani mahiyyətindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, erməni faşizmi üçün müqəddəs heç nə yoxdur və onlar öz məqsədlərinə çatmaq üçün hər cür vasitədən istifadəni məqbul hesab edirlər. Ölüləri belə öz məkrli əməlləri, qanlı terror aktları, xain hücum əməliyyatları üçün sipərə çevirən erməni faşizminin mənfur siması bu cür sübutlar, faktlar əsasında beynəlxalq müstəvidə bundan sonra da ifşa edilməli, tanıdılmalıdır.

Onu da qeyd edək ki, Ermənistanın Vətən müharibəsində təcili yardım avtomobillərindən hərbi nəqliyyat vasitəsi kimi istifadə etməsi, bu maşınlarda silah-sursat daşıması, kilsələri silah anbarına çevirməsi və s. ilə bağlı da xeyli məlumatlar mövcuddur. Bütün bu faktlar erməni faşizminin sadəcə Azərbaycan deyil, regiondakı bütün dövlətlər, bölgədə sülh və təhlükəsizlik üçün nə dərəcədə təhlükəli olduğundan xəbər verir. Odur ki, bu təhlükənin tam olaraq aradan qaldırılmasında həm beynəlxalq təşkilatlar, həm qlobal güclər, həm də region dövlətləri Azərbaycana dəstək verməli, ölkəmizin bu istiqamətdəki səylərini əməli surətdə dəstəkləməlidir.

Seymur ƏLİYEV,

Respublika Veteranlar Təşkilatının mətbuat katibi.