Dövlət Sərhəd Xidmətinin rəisi və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Dövlət Sərhəd Xidmətinin rəisi və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar sentyabrın 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərilərinə gül dəstələri düzülüb.

AZƏRTAC