Bu gün COVID-19 əleyhinə 45 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 45 min dozadan çox peyvənd vurulub

Noyabrın 3-də Azərbaycanda 45 min 561 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 min 418, buster doza ilə peyvənd olunanların sayı 28 min 880 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 753 min 825, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 973 min 724, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 397 min 65, buster doza ilə peyvənd olunanların sayı 383 min 36 nəfər təşkil edir.

AZƏRTAC