Böyük Qələbənin müjdəsi
Digər xəbərlər

Böyük Qələbənin müjdəsi

Aprel döyüşləri torpaqlarımızın  düşmən tapdağından azad edilməsinin və Qarabağa qayıdışın başlanğıcı oldu

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir", - deyən Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirirdi ki, Azərbaycan dövləti, xalqı torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir. 2016- ilin aprel ayı bu qətiyyətin başlanğıcı oldu. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi ilə yanaşı, Ordumuzun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Düşmənə gözdağı olan Aprel döyüşləri tarixə xalqla ordunun vəhdətinin, ordumuzun gücünün, vətənpərvərliyinin göstəricisi təcəssümü kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

2016- ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək məqsədilə həm döyüş mövqelərimizi, həm təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdu. Dərhal adekvat tədbirlər görülür qəti cavab zərbələri endirilirdi. Aprel hadisələrində cəbhənin ən gərgin xətti isə Ağdərə-Tərtər-Ağdam Füzuli istiqaməti oldu. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Bu döyüşlərdə əks-hücum əməliyyatı aparan ordumuz mühüm mövqelərə sahib oldu, ermənilərin məğlubedilməz ordu mifi puç edildi, "keçilməz" Ohanyan xətti asanlıqla yarıldı. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya mühəndis-istehkam qurğuları sıradan çıxarıldı. Nəticədə 1994- ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu.

Azərbaycan əsgərinin şücaəti, şanlı rəşadəti sayəsində tarix yazan dördgünlük aprel döyüşlərindən yeddi il ötsə xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı ehtiram qürurla yad edir. Çünki bu, bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəsi idi.

Prezident, Ali Baş Komandan İlham Əliyev Lələtəpədə hərbçilərlə görüşündə demişdir: "Ordumuzun döyüş qabiliyyəti ilə bərabər vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur".

Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Bu kəndin əhalisinin 23 illik fasilədən sonra o zaman doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin tezliklə azad olunmasına xalqımızda dərin inam yaratdı.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016- il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016- il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri adlara-"Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" "Hərbi xidmətlərə görə" medallarına layiq görüldülər.

Aprel qələbəsinin ardınca 2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı.

Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun xalqının Böyük Qələbəyə inamını əzmini daha da artırdı. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Böyük Qələbəni cəmi 44 gündə qazandı.

Dövlət başçımızın sərkərdəlik məharəti, xalqın Prezidentinə olan dəstəyi onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti, yüksək döyüş qabiliyyəti sayəsində təmin edilən bu şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur iftixar hissi doğurdu.

M.MİRZƏ,

"Respublika".