Birgə təqdimat keçirilib
Mədəniyyət

Birgə təqdimat keçirilib

Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri Mişlen ulduzunu qazanmış şef Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər. Agentliyin məlumatında bildirilir.

CÀSÀ Kulinariya Mərkəzində keçirilən mərasimdə İngiltərədən dəvət olunmuş dünya miqyaslı məşhur baş aşpaz Jeff Tan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi Emil Zeynalzadə, WSSE 2022 müsabiqəsinin medalçısı, Qlobal Aşpazlar Müsabiqəsinin Avropa Qran Prisində bürünc medal qazanmış Leyla Vəliyeva və baş aşpaz Kənan Balaşovla birgə  xüsusi menyu hazırlayıblar. CASA-nın aşpaz məzunları məşhur Jeff Tan ilə birlikdə qonaqlara 12 fərqli təam  təqdim ediblər.

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova çıxış edərək Dövlət Turizm Agentliyinin qastronomiya sahəsindəki fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, gənc aşpazlarla aparılan işin bu strategiyanın əsasını təşkil etdiyini bildirib. Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının fəaliyyətinin aktivləşdirilməsi üçün təlim-tədris, tədqiqat, marketinq-kommunikasiya, institusional inkişaf, təcrübə mübadiləsinin vacibliyindən söz açıb.

“Respublika”.