“Azərsu
Digər xəbərlər

“Azərsu" ASC-nin əməkdaşına zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb

"Azərsu" ASC-nin Abşeron rayon Su-Kanal İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Abşeron Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla rayonun Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyulundan istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək xidməti vəzifələrini yerinə yetirən Su-Kanal İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC