Azərbaycanın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib
Digər xəbərlər

Azərbaycanın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib

"Efes-2022" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Sonra qonaqlar burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olublar.

AZƏRTAC