Aprelin 20-də Azərbaycanda COVID-19 əleyhinə 6 mindən çox doza vaksin vurulub
Səhiyyə

Aprelin 20-də Azərbaycanda COVID-19 əleyhinə 6 mindən çox doza vaksin vurulub

Aprelin 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6 min 332 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 500, ikinci doza vaksinlərin sayı - 399, üç və daha çox doza vaksinlərin sayı - 5 min 48, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 385-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 608 min 691, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 335 min 621, ikinci mərhələ üzrə 4 milyon 837 min 419, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 198 min 302, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 237 min 349-dur.

AZƏRTAC