Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 sentyabr 2021-ci il
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 sentyabr tarixli Sərəncamına Əlavə
Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si |
Rayonun adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
|
Ağdaş |
1 |
Xınaxlı kəndi |
592 |
|
Ağsu |
1 |
Axundlu kəndi |
234 |
|
İsmayıllı |
5 |
Çərmədil kəndi |
85 |
Qarakolluq kəndi |
253 |
|||
Qoşakənd kəndi |
676 |
|||
Uştal kəndi |
529 |
|||
Vəng kəndi |
436 |
|||
|
Qəbələ |
4 |
Böyük Əmili kəndi |
1365 |
Həzrə kəndi |
455 |
|||
İmamlı kəndi |
518 |
|||
Nohurqışlaq kəndi |
3554 |
|||
|
Qobustan |
2 |
Ərəbşalbaş kəndi |
4925 |
Qobustan şəhəri |
9407 |
|||
|
Oğuz |
5 |
Calut kəndi |
1058 |
Muxas kəndi |
1263 |
|||
Oğuz şəhəri |
7511 |
|||
Padar kəndi |
2563 |
|||
Sincan kəndi |
1682 |
|||
|
Şamaxı |
2 |
Hacılı kəndi |
427 |
Şirvan kəndi |
483 |
|||
Cəmi: |
20 |
20 |
38 016 |