ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR
Digər xəbərlər

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR

Mingəçevir Şəhər İcra Hakimiyyətinin xətti ilə Heydər Əliyev Mərkəzində "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanındakı abidələr önünə tər gül dəstələri qoyaraq şəhidlərimizin məzarlarını ziyarət ediblər. Sonra, ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan  əzəmətli abidəsi önünə gül dəstələri qoyulub. Tədbir ulu öndərin torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb. İlk öncə fenomen şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən film nümayiş olunub. Bildirilib ki, 2023- il ölkə Prezidentinin Sərəncamı ilə "Heydər Əliyev İli" elan olunmuşdur.

Dövrümüzün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev həyata keçirdiyi dəqiq, uzaqgörən, uğurlu səriştəli siyasət nəticəsində Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasına nail oldu. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuşdur. Bu gün iftixar hissilə qeyd etmək olar ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə respublikanın inkişafı, regionlarda əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial həyat şəraitinin yüksəldilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı zəfər qazanmaqla sübuta yetirmişdir.

Azərbaycan Texniki Universitetinin professoru, fəlsəfə elmləri doktoru Eyyub Kərimov "Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir", Naxçıvan Muxtar Respublikasının Bakıdakı konsulu Bəxtiyar Əsgərov Ulu Öndərin həyat yolu  fəaliyyəti ilə bağlıMDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunisova "Heydər Əliyevin siyasi irsi müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edən milli sərvətimizdir",  "Mingəçevir Turizm Kolleci" publik hüquqi şəxsin direktoru Kamal Əhmədov "Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqına, dövlətinə sədaqətlə xidmət etmək istəyən hər bir vətəndaş üçün tarixi məktəbdir", YAP Mingəçevir Şəhər Təşkilatının sədri  Bəxtiyar Mustafayev "Müasir müstəqil  Azərbaycanın uğurları Ulu Öndər Heydər  Əliyevin məqsədyönlü siyasətinin davamıdır" mövzularında məruzələr etmişlər.

Zabit XƏLİLOV,

"Respublika".