GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

Ustad Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar 1905-ci ilin baharında - mart ayının 21- Təbrizin Bağmeşə məhəlləsində doğulub.

O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən molla Ağa Məhəmməd Bağırdan alıb, Molla İbrahimə qədər isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından öyrənib.

Təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana gəlib Məhəmmədəli şah Qacarın bacısı Əkrəm-üs-səltənənin evinə düşür Darülfünuna yazılır. Burada təhsilini başa vurduqdan sonra, 1924- ildə Tehran Universitetinin tibb fakültəsinə daxil olur.

Şeirə, söz sənətinə öz yazdıqlarına ciddi tənqidi münasibəti olan Şəhriyar əsərlərinin çapına son dərəcə məsuliyyətlə yanaşıb. Buna görə əsərlərinin tam külliyyatı - IV cildlik divanı ilk dəfə 1957-ci ildə "Xəyyam" nəşriyyatının müdiri Məhəmmədəli Tərəqqinin yaxından köməyi ilə çap olunub. Külliyyatın I cildində fars dilində yazılmış qəzəllər, qitələr rübailər, II cilddə məsnəvilər, qəsidələr müxtəlif şeirlər, III cildində "Şəhriyar məktəbi" adı altında digər şeir poemalar, həmçinin "Heydərbabaya salam" mənzuməsi, IV cildində "Gecənin əfsanəsi", "Stalinqrad qəhrəmanları", "Şeir hikmət", "Ey-vay, anam", Qardaşım oğlu Huşəngə", "Mumiyalanmış adam" məsnəvi poemaları, "Qəsidə", "Səba ölərmi?" kimi müxtəlif poetik formalarda qələmə alınmış əsərləri toplanıb. "Heydərbabaya salam" poemasını ədəbiyyatşünasların əksəriyyəti yaradıcılığının şah əsəri kimi qiymətləndirir. Poema dünyanın 80-dən çox xalqının dilinə tərcümə olunub.

Şair uzun sürən xəstəlikdən sonra, 1988-ci ilin 18 sentyabrında Tehranın Mehr xəstəxanasında dünyasını dəyişib vəsiyyətinə əsasən "Məqbərət-üş-şüəra"da dəfn olunub.

 

Balaca əsgər

Səndən ötrü mən istərəm lap şah ətəyindən tutam,

Bir çətinə, dara düşsən, Allah ətəyindən tutam.

Səni bu cür böyüdənin dolanam başına gərək,

Gah-gah əllərindən öpəm, gah-gah ətəyindən tutam.

Arzum budur amm oxu düşməninə dəysin sənin,

Hədəfinə yetsin deyə mən ah ətəyindən tutam.

Papağında "Şiri-xurşid" şəkilli bir düymə var,

İşin düşsə mən hazıram padşah ətəyindən tutam.

Sənə xətər toxunmasın bu qorxulu, qanlı yolda,

Gəlmişəm sübhə yalvaram, sabah ətəyindən tutam.

Qıymaram qara yellərə başındakı bir tükü ,

Pənah ola tale sənə, pənah ətəyindən tutam.

Ulu Tanrı, dərgahından bu cavana bir qapı ,

Şəhriyaram, əhd eylərəm dərgah ətəyindən tutam.

 

Uşaq ədəbiyyatı çağdaş ədəbi proseslər

(əvvəli 13, 14, 16 17 may tarixli saylarımızda)

Bununla bağlı Nadir Əzhərinin yazdığı fikirlər tam bir gerçəkdir: "İndiki vaxtda, gözəl bir kitab dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəflərini doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa gücü çatmayan uşaqlar üçün Xalq kitabxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin öz xüsusi kitabxanası vardır. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. XVIII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda bilsəydiniz, oxumuş olduğu kitabların azlığına bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər kitab deyilincə, uşaqların ağlına, ilk başdan sona qədər yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı...".

Beləliklə, bir cəhəti vurğulamaq gərəkir ki, uşaqlar üçün nəzərdə tutulan bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı yeniyetmə oxucuların yaş səviyyələri, süjet xətti sadə, dili aydın xəlqi olmalıdır ki, bağça məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövq dünyagörüşlərinin inkişafına kömək etsin... Təbiətin flora faunası, ilin fəsilləri Güney şairlərinin yaradıcılığında, çağdaş dövr uşaq ədəbiyyatında əsas mövzulardan biridir. Həbib Fərşbaf, İsmayıl Əfxəmi, Ramin Cahangirzadə, Xosrov Barışan, Bəhram Əsədi, Əli Fərzizadə Seloğlu, Duman Bəxtiyari ilin dörd fəslinin özəlliklərini vəsf etdikləri silsilə şeirlərini uşaqların anlaya biləcəyi sadə türkcədə qələmə almış, onlara gözlərinin qarşısında təbiətin necə növbə ilə dondan-dona girdiyini, dağların, çəmənlərin, düzlərin ağappaq qarla örtüləndən sonra, yamyaşıl don geyindiyini, yayın, payızın ətəyinin min bir naz-nemət - meyvə tərəvəz məhsulları ilə dolduğunu, toy-düyün, çal-çağır, bayramlar fəsli olduğunu sadə dillə anlatmağı sevdirməyi bacarmışlar.

İlk dəfə sınadığı "Uşaq ədəbiyyatından uşaq səsini duyaq" layihəsinin uğurlu alınacağına inanan Məhəmməd Abedinpur sələfi böyük Səməd Behrəngi kimi müəllimdir, şagirdləri ilə sıx təmasdadır, onların yaradıcılıq potensialına bələddir. O, inanırdı ki, uşaq özü öz ədəbiyyatını yazıb-yaratmalıdır. Yazdıqlarında özü özünü tapmalı, tanıyıb tanıtmalıdı: "Neçə vaxtdır uşaqlarla çalışıram. Uşaqlardan əlimə çatan yazıları sevə-sevə oxuyuram, bir dönə yox, neçə dönə oxuyuram; çünki inanıram ki, yazmaq, uşağa bizə (topluma) çox dəyərlər qazandıra bilər. Çünki inanıram ki, uşaq özü öz ədəbiyyatını yazıb-yaratmalıdır, gözəl, doğal düzgün yarada bildiyinə əminəm. Uşaq yazdığı ədəbiyyatda özünü tapacaq, özünü daha yaxşı tanıyıb tanıtdıracaq".

Körpə fidanların hərtərəfli böyüyüb yetişmələri üçün bədii ədəbiyyatın qədər önəmli olduğunu gözəl anlayan istedadlı şair yazar Ramin Cahangirzadə onların anlayacağı bir dildə dram əsərləri - pyeslər qələmə almış iki pyesi - "Torpaqdan bitən gülüş" (Ərdəbil-2018) "Elay durur ayağa" (Ərdəbil-2018) artıq çapdan çıxmışdır. Son çağlarda istər Quzey Azərbaycanda, istərsə Güneydə uşaqlar üçün dram əsərlərinin, demək olar ki, yazılmadığı, uşaq dramaturgiyasında durğunluğun hökm sürdüyü bir dönəmdə bir müəllifin üç pyesinin - "Pinti", "Torpaqdan bitən gülüş" "Elay durur ayağa" dram əsərlərinin səhnələşdirilərək teatr salonlarında nümayiş olunması böyük hadısədir. Bu uğuru Ramin Cahangirzadə bədii dilinin sadəliyi, şirinliyi təsvir etdiyi əhvalatlara, olaylara kiçikyaşlı oxucularını inandırmağı, düşündürməyi bacarması ilə qazanıb.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.