Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları
Sosial həyat

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun qarşılaşdığı iqtisadi çətinliklər, maliyyə vəsaitinin məhdudluğu, neft qaz sənayesinin müasir dünya texnologiyalarından geri qalması xarici neft şirkətlərini bu sahəyə sərmayə qoyuluşuna cəlb etmək zərurətini meydana çıxardı.

1994- il sentyabr ayının 20- "Gülüstan" sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında ilk neft müqaviləsi imzalandı. Bu müqavilə XX əsrin ən əhəmiyyətli hadisələrindən biri kimi "Əsrin müqaviləsi" adı ilə tarixə düşdü. Ümummilli lider Heydər Əliyevin böyük gərgin zəhməti nəticəsində imzalanan bu müqavilələr Azərbaycanın neft strategiyasının əsasını təşkil edir.