Bildiriş
Reklam və elanlar

Bildiriş

"Respublika" qəzetinin 24 sentyabr 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsi tərəfindən mebel və digər idarəetmə inventarlarının satınalınmasına dair elan edilmiş açıq tender prosedurunun nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq məktubuna əsasən ləğv edilmişdir. Bu məqsədlə yenidən müsabiqə keçirilməsi üçün müvafiq qaydada elan veriləcəkdir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu, elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, "SNKMTİ-nin 10 saylı Qaradağ şöbəsinin inzibati ərazisində köməkçi tikililərin və qurğuların əsaslı təmiri işləri"nin satınalınması üzrə "EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


"Respublika" qəzetinin 2, 7, 17 və 18 sentyabr 2021-ci il tarixli nömrələrində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEA Rəyasət Heyəti Aparatı İşlər İdarəsinin tabeliyində yataqxanada 1 (bir) ədəd mövcud sərnişin liftinin avadanlıqlarının yenisi ilə əvəz olunması işlərinin satınalınması, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən AMEA Rəyasət Heyəti Aparatı İşlər İdarəsinin tabeliyində olan Akademiya şəhərciyinin ərazisində mühafizə sistemlərinin qurulmasının satınalınması, AMEA Botanika İnstitutunun balansında olan transformator məntəqəsində güc transformatoru və avadanlıqlarının təmiri və yenidənqurma işlərinin satınalınması, dəftərxana və təsərrüfat mallarının satınalınması, kompüter, noutbuk, printer və digər təsərrüfat avadanlıqlarının satınalınması üzrə verilmiş açıq tender prosedurları və kotirovka sorğusu müsabiqələrinin nəticələrinə əsasən "TS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 4 979,36 manat, "ALOV MÜHAFİZƏ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN BAKI-3 FİLİALI 27 605,00 manat, "AZƏRTRANSS" MMC 25 693,32 manat, "OFİS PLUS" MMC 4 916,47 manat, "UNİSELL" MMC 27 042,06 manat məbləğlərində verdikləri qiymət təklifləri ilə qalib elan edilmiş və həmin podratçı şirkətlərlə uyğun satınalma müqavilələri bağlanılmışdır.


Azərbaycan Texniki Universiteti Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25 ünvanında "ölkədaxili mətbuata və müxtəlif ixtisaslar üzrə xarici ölkə nəşrlərinə abunə haqqının" satınalınması ilə əlaqədar 25.11.2021-ci il tarixində kotirovka sorğusu üsulu ilə müsabiqə həyata keçirir. Maraqlanan təşkilatlar [email protected] e-mail ünvanı və 012-539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 25.11.2021-ci il tarixindən 10.12.2021-ci il tarixinə, saat 17:00-dək təqdim olunmalıdır. Zərflər 13.12.2021-ci il saat 12:00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Ünvan: AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25.


"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş Daşkəsən rayonu, Çovdar  Filiz  Emalı Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisi üçün lentli konveyerlərin alınması və quraşdırılması işlərinin satınalınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.  Açıq tender prosedurunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən "CM Tech" MMC qalib elan edilib və onunla 3 916 605.59  manat məbləğində satınalma müqaviləsi bağlanıb.