Reklam və elanlar

"Bakı-Əhəng" Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixdə bitən maliyyə ili üzrə illik hesabatı

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:

Tam adı: "Bakı-Əhəng" Açıq Səhmdar Cəmiyyəti

Qısaldılmış adı: "Bakı-Əhəng" ASC

VÖEN: 1100045031

Dövlət qeydiyyatının tarixi və nömrəsi: 07.12.2007; 0107-P354-50098

2. Emitentin hüquqi ünvanı və olduğu yer:

Hüquqi ünvanı: AZ1071, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi

Olduğu yer: AZ1071, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi

3. Emitetin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:

Hesabat ili ərzində bu hallar baş verməmişdir.

4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:

Hesabat ili ərzində emitentin hər hansı filialı və nümayəndəliyi yaranmamış və ya ləğv edilməmişdir.

5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:

Hesabat dövrü ərzində emitentin hər hansı törəmə cəmiyyəti yaranmamış və ya ləğv edilməmiş, yaxud emitentin hər hansı hüquqi şəxsin törəmə cəmiyyəti hesab olunmasına əsas olan müqavilə bağlanmamışdır.

6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:

Hesabat dövrü ərzində emitent hər hansı şirkətlər qrupunun hissəsi olmamışdır.

7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:

Emitent uzun illərdir ki, fəaliyyət göstərmir. Hesabat dövrü ərzində də emitent hər hansı bir fəaliyyət istiqaməti ilə məşğul olmamışdır. Bununla belə, emitentin nizamnaməsinə müvafiq olaraq müxtəlif növ məhsulların istehsal və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi emitentin fəaliyyətinin əsas istiqamətləridir.

8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:

Hesabat dövrü ərzində emitent lisenziya və ya icazə almamış, o cümlədən emitentin hər hansı fəaliyyət növü ilə məşğul olması üçün lisenziya və ya icazəsi yoxdur.

9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər:

Hesabat dövrü ərzində də emitent məhsul istehsal etməmiş və xidmət göstərməmişdir.

10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:

Hesabat dövrü ərzində emitentin işçiləri olmamışdır.

11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:

İcra orqanı: Direktor - Salehov Nahid Vahid oğlu

12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı:

Fiziki şəxs olan səhmdarların sayı: 48;

Hüquqi şəxs olan səhmdarların sayı: 1.

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı:

Hüquqi şəxs:

"AA Əmlak" Məhdud Məsuliyyətli Cəmiyyəti;

Olduğu yer - AZ1052, Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 224;

VÖEN: 1506199701;

Səhmlərinin sayı: 504.305 (beş yüz dörd min üç yüz beş) ədəd adi adlı səhm;

Emitentin nizamnamə kapitalında payı - 96,5%.

14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):

Yoxdur.

15. Emitentin səhmdarlarının hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

15.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan): 26.06.2023-cü il; Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Koroğlu-Qızıldaş-Sahil yolu, 9-cu km, 1;

15.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar:

Emitentin illik hesabatının təsdiq edilməsi;

Emitentin direktorunun təyin edilməsi;

Emitentin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi;

Emitentin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi;

Digər (cari) məsələlər.

16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):

16.1. İnvestisiya qiymətli kağızın növü və forması: adi adlı səhm;

16.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: 737;

16.3. İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri: 522.336 (beş yüz iyirmi iki min üç yüz otuz altı) ədəd; hər birinin nominal dəyəri 2 (iki) manat;

16.4. İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri: 1.044.672 (bir milyon qırx dörd min altı yüz yetmiş iki) manat;

16.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir): Hesabat ili ərzində emitentin fəaliyyəti olmadığından və emitent tərəfindən mənfəət əldə edilmədiyindən dividend ödənilməmişdir;

16.6. Faizli istiqrazlar buraxılışı buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi: Emitent tərəfindən istiqraz buraxılmamışdır;

16.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda): Bakı Fond Birjası - Ünvan: AZ1141; Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zaərdabi küçəsi, 2A.

17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:

Hesabat dövrü ərzində emitent tərəfindən xüsusi əhəmiyyətli əqd bağlanmamışdır.

18. Emitent tərəfindən aidiyyati şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:

Hesabat dövrü ərzində emitent tərəfindən aidiyyati şəxslərlə əqd(lər) bağlanmamışdır.

19. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:

26 iyun 2023-cü il

20. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat:

"Respublika" qəzeti

Direktor

Nahid Salehov