TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Şəki Rayon Mərkəzi Xəstəxanasi” PHŞ

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir:

LOT-01. Dəftərxana ləvazimatı və təsərrüfat mallarının satınalınması

LOT-02. Maşın və avadanlıqların satınalınması

LOT-03. Tibbi tullantıların ləğvi və daşınmasının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT-1 üçün 150 (bir yüz əlli) manat məbləğdə, LOT-2 üçün 150 (bir yüz əlli) manat və LOT-3 üçün 50 (əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqının ödənilməsi yalnız “Asan Ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak üçün dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına daxil olduqdan sonra müsabiqədə iştirak etmək olar.

Müəssisənin adı: “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ

Müəssisənin VÖEN-i:3000100721

Müəssisənin hesab nömrəsi:AZ28İBAZ38060019446216543266

Alan Bank: Beynəlxalq Bankın Şəki filialı

Bankın VÖEN-i: 9900001881

Bankın kodu: 805410

Bankın SWİFT kodu: İBAZAZ2X

Bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944

Ünvan: Şəki, Z.Əliyeva 177.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinə malın qiymətindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər əlavə edilərək ayrıca göstərilməlidir;

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- peşəkarlığı, təcrübəsi, texniki imkanları, idarəetmə səriştəsi, etibarlılığı barədə məlumatlar;

- son bir il ərzində yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 04.10.2021-ci il saat 16:00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 12.10.2021-ci il saat 16:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 13 oktyabr 2021-ci il saat 16:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. Əlaqələndirici şəxs satınalma üzrə mütəxəssis: Məmmədov Asim Aydın oğlu; tel.: 050 304 04 15

QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.


Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Masallı şəhərində çoxmənzilli yaşayış binalarının təmiri işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Əhədov Vahid Hüseynbala oğlu

Ünvan: H.Əliyev prospekti 99.

Telefon: 025-215-30-33

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 - Masallı Rayon İcra Hakimiyyəti Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Masallı şəhərində çoxmənzilli yaşayış binalarının təmiri işlərinin satınalınması.

İştirak haqqı: 200 manat

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 200 (iki yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat: Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Masallı Rayon Yerli Xəzinədarlıq Orqanı

H/H AZ43CTRE00000000000002512132

VÖEN: 6400043871

XƏZİNƏ ORQANİ: 23 saylı Regional Xəzinədarlıq İdarəsi

Kodu: 210005

Büdcə Təsnifat kodu:142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 01.10.2021-ci il saat 16:00 tarixə kimi Tender Komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 11.10.2021-ci il, saat 17:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 12.10.2021-ci il tarixində saat 16:00-da elektron portal vasitəsilə açılacaqdır.