YOLLAR ƏHALİNİN RAHATLIĞINA XİDMƏT EDİR
Region

YOLLAR ƏHALİNİN RAHATLIĞINA XİDMƏT EDİR

Atalar gözəl deyib: abad kənd yolundan tanınar. Yol abadlıq, inkişaf, mədəniyyətdir. Son vaxtlar Masallı rayonunda da kənd yollarının təmirinə, yollara asfalt örtüyünün çəkilməsinə, əhalinin rahat gediş-gəlişinin təmin olunmasına xüsusi diqqət yetirilir. Rayonun Ləngan, Əhmədli kəndlərinə gedən, həmçinin Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yolları əsaslı şəkildə təmir olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə tikinti işlərinə kifayət qədər texnika canlı qüvvə cəlb edib. Yollar III IV texniki dərəcələrə uyğun əsaslı şəkildə yenidən qurulur. Ümumi uzunluğu 38 kilometr olan yolların eni 10 metrə qədər genişləndirilir. Təmir işləri texnoloji ardıcıllıqla sürətlə aparılır. Yolun Hüseynhacılı-Öncəqala hissəsində torpaq işləri görülüb. Müxtəlif ölçülü 13 dəmir 13 dəmir-beton suötürücü borular quraşdırılıb, yol əsasının tikintisi asfaltlanma işləri başa çatdırılıb.

Yolun Ləngan kəndi, Əhmədli, Təklə-Mollahəsənli Qədirli-Xallıcalı hissələrində müəyyən torpaq işləri yol əsasının alt layının inşası həyata keçirilib. Həsənli-Köçəkli yolunda torpaq işləri, suötürücülərin yol əsasının tikintisi aparılır. Təklə-Viləş istiqamətində yol əsasının alt layı inşa olunur.

Layihə çərçivəsində Viləş, Taxta Ağqobu çayları üzərində salınmış avtomobil körpüləri cari təmir ediləcəkdir. Sonuncu mərhələdə avtobus dayanacaqları, yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkilməklə yol müasir tələblərə uyğun istifadəyə veriləcəkdir.

Yollarda əsaslı təmir işlərinin aparılması nəticəsində 51 min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsindən yük, sərnişin avtomobillərinin digər avtonəqliyyat vasitələrinin rayon mərkəzinə, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat gediş-gəliş təmin ediləcəkdir.

 

Əlisəfa HƏSƏNOV,

"Respublika".