Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyasında Azərbaycan bayraqları dalğalandırılıb
Siyasət

Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyasında Azərbaycan bayraqları dalğalandırılıb

Fransanın keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr etməsi, habelə hazırkı koloniyalarında insan hüquqlarını kobud şəkildə pozması, həmçinin dekolonizasiya siyasəti destabillik yaratmaq cəhdləri davam edir. Martın 20-21-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki Cocotiers meydanında müxtəlif şüarlarla etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Etiraz aksiyası zamanı yenidən Azərbaycan bayrağı dalğalandırılıb.

Etirazçılar Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, yerli xalq – kanaklar əhalinin maraqlarına zidd konstitusiya islahatlarına “yox” deyirlər. Bu, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə ziddir. Onlar bildirirlər ki, qanunsuzluqlar ona görə edilir ki, seçkilərdə yeni iştirakçılar (Fransadan məqsədli köçürülmüş fransızlar) üçün yol açılsın. Ona görə də aksiya iştirakçıları “Prezident Makronun konstitusiya islahatlarına”, "Fransız dövlətinin destabilizasiya manverlərinə" etiraz edirlər. Artıq bütün xalqlar azad, demokratik inkişaf etmiş bir formada yaşamaq siyasəti seçir, inkişaf edirlər. Belə bir bir zamanda Fransanın bəzi zəif, gücsüz dövlətlər üzərində müstəmləkə siyasətini həyata keçirməsi qəbuledilməz bir haldır. Bəşəriyyət üçün bu kimi halları “biabırçılıq” kimi qiymətləndirmək olar.

Etirazlar barədə verilən məlumata görə, aksiyada çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie-Line Sakilia beynəlxalq ictimaiyyəti kanaklara dəstək olmağa çağırıb: "Azərbaycana kanak əhalisinin müstəqillik və suverenliyi uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə təşəkkürümüzü ifadə edirik. Biz Bakı Təşəbbüs Qrupuna da beynəlxalq ictimaiyyətin diqqətini bizim problemimizə cəlb etməyə yardım göstərdiyi üçün minnətdarlığımızı ifadə edirik". Qeyd etmək lazımdır ki, Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi, Fransanın bu müstəmləkə siyasətinə vurulan zərbələrdən biridir. Gələcəkdə də bu prosesi davam etdirmək, həmin o əzilən xalqların haqq səsi olub, onların çəkdiklərini və başına gətirilən faciələri dünyaya çatdırılmasını Azərbaycan ən yüksək səviyyədə icra etməkdədir.  Ölkəmiz əzilən, haqqı yox sayılan xalqların gələcəkdə müstəqil, rahat bir həyat qura bilməsi və müstəmləkəçilik rejimindən azad olması üçün ölkə olaraq ciddi bir missiya yerinə yetirr.

Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hanthipe Vanabo isə bildirib ki, Fransa dövləti kanakları müstəmləkəçilikdən azad olmaması üçün sıxmaqda davam edir: "Mübarizəmiz davam edir. Azərbaycana apardığımız mübarizəyə verdiyi dəstəyə görə təşəkkür edirik". Kanak təmsilçisi Devi Nikolas Bolo hazırda əhalinin müstəmləkə repressiyasına qarşı səfərbər olduğunu vurğulayıb: "Buranın ilk əhalisi olan kanaklar bu gün Fransa dövləti tərəfindən sıxışdırılır. O, Azərbaycanın müstəqillik və suverenlikləri uğrunda apardıqları mübarizədə kanak əhalisinin yanında olduğunu qeyd edib: "Bu dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk".

İki gün müxtəlif şüarlarla davam edən aksiyalarda Prezident İlham Əliyevin və "Dəmir Yumruğ"un fotolarının əks olunduğu plakatlar qaldırılıb, Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb, hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır. Belə ki, son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.

Azərbaycan sülhü tərənnüm edən bir ölkə kimi müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə dəstəkləyib, bu istiqamətdə bütün dəstəyini əsirgəməyib, Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi yeni müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə öz prinsipial mövqeyini ortaya qoyub. Ölkəmizin müstəmləkəçiliyə qarşı barışmaz münasibəti bundan sonra da birmənalı olaraq davam edəcək.

“Respublika”.