Sosial həyat

"YAŞAT" Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini ödəyib

Vətən müharibəsi əlilləri - Rəşad Məmmədov və Vüsal Əliyevə ağrı pili əməliyyatı icra olunub. Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat üçün vacib olan tibbi avadanlıq - "spinal kord" Fond tərəfindən ölkə xaricindən gətirilib. Xarici və yerli həkimlər tərəfindən uğurla icra olunan əməliyyatın xərcləri də "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməliyyatdan sonra hər iki qazidə şiddətli ağrıların 60-70 faiz azalması müşahidə olunub. Həkimlərin rəyinə əsasən bu ağrılar zaman keçdikcə tam olaraq aradan qalxacaq.

 

Mustafa KAMAL,

“Respublika”.