BƏƏ Türkiyəyə
Dünya xəbərləri

BƏƏ Türkiyəyə "yaşıl enerji" sahəsində 30 milyard dollar sərmayə qoyacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin "yaşıl enerji" sahəsində 2053-cü il üçün təyin etdiyi "xalis sıfır emissiya" hədəfi çərçivəsində 30 milyard dollar sərmayə qoyacaq.

"Respublika" "Milliyyet"ə əsasən xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bu barədə məlumat verib. Bildirilib ki, Türkiyə "yaşıl enerji" yə qoyulan sərmayələrdə Avropada beşinci, dünyada on ikinci yerdədir. 2035-ci ilə qədər bu sahədə 60 QVt bərpa olunan enerji qaynağı əlavə ediləcək. Həmçinin bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üçün 2030-cu ilə qədər 10 milyard dollarlıq şəbəkə investisiya planlarının olduğu da qeyd edilib.

Bayraktar Türkiyə ilə BƏƏ arasında imzalanan enerji sərmayə müqaviləsi ilə bağlı bu açıqlamanı verib:

“Ölkəmizlə BƏƏ arasında imzalanan enerji sazişi elektrik enerjisi istehsalı obyektləri, elektrik şəbəkəsi infrastrukturu investisiyaları, təbii ehtiyatlar və yeni texnologiyalar, enerji səmərəliliyi, xüsusilə də bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlıq sahələrini əhatə edir. Bu, təhlükəsizliyimizin gücləndirilməsinə və 2053-cü il üçün təyin etdiyimiz 'xalis sıfır emissiya' hədəfimizə töhfə verəcəkdir. Müqavilədəki ümumi investisiya məbləğinin təxminən 29,7 milyard dollar olduğu təxmin edilir”.