Rusiya və Belarus Prezidentləri görüşəcək
Dünya xəbərləri

Rusiya və Belarus Prezidentləri görüşəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 23-də Rusiyaya işgüzar səfər edəcək. 

“Respublika” xəbər verir ki, bu barədə “Tass” informasiya portalı məlumat yayıb. 

Xəbərdə bildirilib ki, səfər çərçivəsində Belarus lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. 

Prezidentlər Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələlərini müzakirə etməyə davam edəcəklər. 

Jalə QASIMZADƏ, 
“Respublika”.