XİN: Aİ missiyasının əsas vəzifəsinin
Digər xəbərlər

XİN: Aİ missiyasının əsas vəzifəsinin "Ermənistanı Azərbaycandan qorumaq" kimi təqdim edilməsini qətiyyətlə qınayırıq

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Almaniyanın "Deutsche Welle" qəzetində yayımlanmış müsahibədə Avropa İttifaqının () Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin "Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyi", "belə bir hücum olmayacağı təqdirdə, bunun missiyasının uğuru olacağı" barədə fikirlərini şərh edib.

AZƏRTAC xəbər verir ki, A.Hacızadə bununla bağlı deyib: " missiyası rəhbərinin Ermənistan tərəfinin yalan böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, missiyasının əsas vəzifəsinin "Ermənistanı Azərbaycandan qorumaq" kimi təqdim etməsini qətiyyətlə qınayırıq.

Bu missiyanın Azərbaycan Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb.

missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Ermənistan tərəfinin missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.

missiyası yalan böhtan dolu iddialara yer verməməli mandatına uyğun fəaliyyət göstərməlidir".