Sosial həyat

"Xatirələr" kitabı

"Xatirələr" kitabı mərhum şair, müəllim, pedaqoq Abbasəli Tovuzinin sayca ikinci şeirlər kitabıdır. Bu kitabda müəllifin müxtəlif vaxtlarda yazdığı vətənpərvərlik mövzusunda şeirləri, qəzəlləri, hekayə və povestləri, publisistik yazıları toplanmışdır.

Bədii yaradıcılığa böyük maraq göstərən ziyalı Vətənə, el-obaya olan sevgisini bədii təxəyyülünün məhsuluna çevirmişdir. Şagirdlərinə elmin, biliyin sirlərini öyrədən müəllim oxucularına isə şeir və hekayələri ilə öz hisslərini çatdırmışdır. Abbasəli müəllimin şeirləri, hekayələri, poemaları vaxtilə dövri mətbuatda dərc olunmuşdur.

"İMZA" nəşrlər evində çap olunan "Xatirələr" kitabının tərtibatçısı və redaktoru Rauf İlyasoğludur. Kitabda şairin "Nəsihət", "Vətənim ikiyə parçalanıbdır", "Xan sarayında", "Fəxri xiyabanda", "Mənim dilim" və digər vətənpərvərlik ruhunda şeirləri, poemaları, eyni zamanda "Anamın ölümü", "İntiqam", "Müsibət", "Şairlər haqqında xatirələrim" digər hekayə və publisistik yazıları yer almışdır.

Ramidə YAQUBQIZI,

"Respublika".