Xalqımızın azadlıq, istiqlal arzularının carçısı
Siyasət

Xalqımızın azadlıq, istiqlal arzularının carçısı

1918-ci il 24 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət bayrağı təsdiq olunub

"Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə , sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır... Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Dünyəvi, demokratik dövlət kimi tarixə düşən, İstiqlal Bəyannaməsinin elan olunması ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb şəraitdə fəaliyyət göstərərək dövrünün mütərəqqi dövlət təsisatlarının yaradılmasına nail olmuş, qısa zaman kəsiyində xalqın qəlbində azadlıq istiqlal duyğularını oyatmış, onun müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu sübut etmişdi. Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, müstəqilliyinin əldə edilməsində mühüm rol oynayan, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsuli-idarə prinsiplərinə əsasən qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın milli azadlıq, müstəqillik demokratiya arzularını özündə əks etdirən parlaq bir tarixdir.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul zamanı söylədiyi nitqində demişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır".

 Rusiyada çar üsuli-idarəsinin devrilməsi, fevral oktyabr çevrilişləri nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumətin hakimiyyət dövrü bir il sürmədi. 1917-ci ilin oktyabr ayında çevriliş nəticəsində hakimiyyətdən gedən hökumətin Müəssislər Məclisinə seçilən deputatları isə Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan regionun digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. 1918-ci il aprel ayının 9-da müstəqilliyini elan etmiş Birləşmiş Zaqafqaziya Cümhuriyyəti qısa müddətdən sonra dağıldı, gürcü nümayəndələr Zaqafqaziya Seyminin tərkibindən çıxdılar Gürcüstan öz müstəqilliyini elan etdi. Bir gün sonra may ayının 27- isə Seymdəki müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı Məhəmməd Əmin Rəsulzadə Şuranın sədri seçildi. 1918-ci il mayın 28- Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən Milli Şuranın iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul edildi Şərq dünyasında ilk dəfə azad, müstəqil, demokratik, parlamentli respublika yaradıldı. Məhəmməd Əmin Rəsulzadə 1919-cu il may ayının 31- Berlində çap olunan "İstiqlal" qəzetindəki məqaləsində yazırdı: "Mayısın 28- istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır".

 İstiqlal Bəyannaməsinin qəbul edildiyi iclasda həmçinin, Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin birinci hökuməti quruldu. Tiflisdə istiqlalını elan edən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü bu qədim şəhər Şərqin ilk demokratik respublikasının paytaxtı elan olundu. AXC-nin ikinci hökuməti Gəncədə təsis olundu. İyunun 24- hökumət tərəfindən üzərində rəngli aypara səkkizguşəli ulduz təsviri olan bayraq dövlət bayrağı kimi qəbul edildi.

Çox mürəkkəb çətin bir şəraitdə yaransa da, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar tanıyan, tamhüquqlu, müstəqil Azərbaycanın idarə forması olan Xalq Cümhuriyyəti millətlərlə, xüsusilə qonşu olduğu millətlərlə dövlətlərlə mehriban münasibətlər yaradır, vətəndaşlarının bütün hüquqlarını təmin edir, ərazisində başqa millətlərin sərbəst yaşaması üçün geniş imkanlar yaradırdı. Bütün bunlar isə olduqca ziddiyyətli bir dönəmdə baş verirdi. Belə ki, bir tərəfdən Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu Bakıda hakimiyyəti ələ keçirmiş Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Digər tərəfdən isə bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşırdı. Azərbaycan xalqı ya milli qurtuluşuna nail olmalı, ya da ki, məhv olmalı idi. Müstəqil dövlətimizin qurucuları olan vətən fədailəri bu məqamda öz xalqına sahib çıxaraq onu tarixin ən ağır qanlı burulğanından xilas etmək məsuliyyətini öz üzərlərinə götürdülər. Onların sayəsində dövlət quruculuğu prosesinə başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçilik atributlarını qəbul etdi, ordu quculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycan silahlı qüvvələri yaradıldı, milli orduya səfərbərlik keçirildi. İyunun 27- Azərbaycan-türk dili dövlət dili elan olundu, "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" Qanun imzalandı, məktəblər milliləşdirildi. Müstəqil Azərbaycanın Milli Təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Avqustun 23- Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi, həmin dövr üçün mütərəqqi hesab edilən bir neçə dövlət təsisatlarının yaradılmasına nail olundu. Cümhuriyyət dövründə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sair sahələrdə həyata keçirilən işlər Azərbaycan xalqının tarixində parlaq səhifəyə çevrildi.

1918-ci il dekabrın 7- müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci iclası keçirildi, Əlimərdan bəy Topçubaşov 120 üzvdən ibarət Parlamentin sədri seçildi. Azərbaycanda ilk qanunvericilik orqanının təsis edilməsi xalqımızın tarixində mühüm rol oynadı. 1918-1920-ci illərdə cəmi 17 ay fəaliyyət göstərmiş parlamentdə Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyan məsələlər öz həllini tapdı. Demokratik dövlət olan AXC-nin hüquqi təməli yaradıldı, Şərq aləmində ilk olaraq məhz bu parlamentdə qadınlara səsvermə hüququ verildi. Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyəti dövründə xalqımızın azadlıq ideyalarının carçısına çevrildi, milli qürur iftixar rəmzimiz olan dövlət bayrağımız təsis edildi, milli ordumuz 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etdi. Qədim şəhərimiz Gəncənin tarixi adı özünə qaytarıldı, mühüm əhəmiyyətə malik 200-dən çox qanun qəbul edildi, Bakı Dövlət Universiteti yaradıldı, Azərbaycan dili bütün təhsil müəssisələrində tətbiq edildi.

Bugünkü müstəqil, demokratik, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dünya birliyində sayılıb-seçilən, hər bir qərarına hörmətlə yanaşılan, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Hələ 2018-ci ildə ilk dəfə təsis edilən dövlət bayrağımız bu gün qürurla dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər".

Mehparə ƏLİYEVA,

"Respublika".