Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb
Dünya xəbərləri

Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri təxirə salınıb. Bununla bağlı açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, keçirdiyi brifinqdə jurnalistlərə bildirib. Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, tarix müəyyənləşən kimi bu barədə ayrıca məlumat veriləcək. “Rusiyadakı seçki dövrü və Türkiyə liderinin gərgin qrafiki nəzərə alınmaqla vaxt seçilməlidir”, – deyə Peskov yekunlaşdırıb.

Xatırladaq ki, Vladimir Putinin Türkiyəyə səfəri zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı, Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələləri və “Akkuyu” AES-in tikintisinin müzakirəsi planlaşdırılırdı. Onu da bildirək ki, artıq üçüncü dəfədir ki, Putinin Ankara səfəri təxirə salınır. Növbəti səfərin  aprel ayının sonu – may ayının əvvəlində baş tutacağı gözlənilir.

Esmira Yazkan Aslanova,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.