Vilnüs şəhəri 700 illiyini qeyd edir
İqtisadiyyat

Vilnüs şəhəri 700 illiyini qeyd edir

“Vilnüs Baltikyanı ölkələrin ikinci ən böyük şəhəri hesab olunur. Şəhərin əhalisinin sayı 560 min nəfərə çatır. Vilnüs, həmçinin gəzməli-görməli yerləri ilə məşhurdur”.

“Respublika” xəbər verir ki, bu barədə Litva səfirliyinin müşaviri Castinas Bakunas  “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbirdə çıxışı zamanı bildirib.

O, həmçinin Litvanın əlverişli təbiəti və kənd turizmi barədə danışıb. Bakunas Vilnüs şəhərinin 700 illiyini qeyd etdiyini də diqqətə çatdırıb.

Nəzrin ELDARQIZI,

“Respublika”.