Vardanyanın planlarını ekoloqlar puç edir
MÜSAHİBƏLƏR

Vardanyanın planlarını ekoloqlar puç edir

Ekoterrora son qoyulması məqsədilə Şuşada - Xankəndi üzərindəki Laçın yolu istiqamətində toplaşmış yüzlərlə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin, ekoloqlarının, fəal insanlarımızın Vardanyana olan cavabı belədir - əslində, sənin bu kimi fikirlər bildirməyə nə hüququn, nə də ixtiyarın var. Yolu isə əsla Azərbaycan tərəfi bağlamayıb. Çünki belə halda humanitar yüklərin Xankəndiyə buraxılmasına şərait yaradılmazdı.

Cinayətkar və quldur Vardanyan oynadığı oyunun uzun müddət davam etməyəcəyini ya anlamır, ya da hər şeyi çox gözəl anlayır. Sadəcə, heç nə əldə etməyəcəyini, əksinə, hər şeyini itirəcəyi ilə nəticələnəcək oyunu bilə-bilə davam etdirir. Yəni hər iki halda bu, belədir. Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib - heç bir separatçı, terrorçu və quldurla danışıqlar aparılmayacaq. Və ən maraqlısı budur ki, Kremldə planı cızılmış Vardanyan oyununun iflasa məruz qalacağı halda, alternativ plan hazırlanmayıb. Beləliklə, aksiya iştirakçıları bu planı yerli-dibli puç edir! Ruben Vardanyan, sən isə kim olmağımızı gəlib öz gözlərinlə görə bilərsən. Vardanyan, yol elə də uzaq deyil, aksiya iştirakçıları ilə Xankəndi arasındakı məsafə cəmi 14 kilometrdir, gəl və cavabını al, əgər cürətin çatırsa...

Laçın yolu istiqamətində vətəndaş cəmiyyətinin aksiyaları davam edir. O da məlumdur ki, nəticə olmadan kimsə heç yerə getməyəcək və əksinə, aksiya iştirakçılarının sayı getdikcə artacaq. Geriyə yol yoxdur.

Fərid MUSTAFAYEV,

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu.