Uşaqlar gülərsə, dünya gülər...
Sosial həyat

Uşaqlar gülərsə, dünya gülər...

Qoy həmişə səma olsun

Qoy həmişə günəş olsun

Qoy həmişə anam olsun

Mən olum həmişə...

 

Sovet dövrünün ən yaxşı uşaq mahnılarından birinin sözləridir: "Qoy həmişə günəş olsun!". İttifaq respublikalarının hər birində müxtəlif uşaq tədbirlərində həmişə oxunardı. Yaşlı orta nəslin nümayəndələri yaxşı xatırlayırlar bu mahnını. İndi uzaq illərin şirin xatirələri fonunda düşünürəm. Dünyaya sülh, əmin-amanlıq istəyinin bundan gözəl ifadəsi çətin ki, olsun: aydın səma, parlaq günəş, heç vaxt ağlamayan analar bir xoşbəxt uşaqlar. Arzuya bax! İncədən incə, sülhpərvər, hər kəsin ürəyincə...

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü. Bu tarixi hamı bilir onun vaxt, harada təsis edilməsi o qədər önəmli deyil. Önəmlisi odur ki, dünyanın yaşlı, başlı əmiləri məhz uşaqları, onların xoşbəxt gələcəyini düşünüb veriblər bu qərarı. 365 təqvim gününün biri məhz onların günüdür. Məsum, günahsız uşaqların. Uzun illər hər dəfə bu gün münasibətilə yazı hazırlayanda özlüyümdə bir suala cavab axtarmağa çalışırdım. Görəsən, beynəlxalq uşaq müdafiəçiləri dünyanın bəzi yerlərində uşaqların ac-yalavac yaşamasından xəbərsizdirlərmi? Bilirlərmi elə yerlər var ki, oradakı uşaqlar ən adi tibbi dərmanlara belə möhtacdırlar. Dünyanın imkanlı, demokratik ölkələri yeniyetmə uşaqların əməyini istismar edir, onları ən ağır işlərdə işlədir, heç qarındolusu yemək belə vermirlər? 30 il müddətində ermənilərin öldürdüyü azərbaycanlı uşaqların taleyinə biganə qaldılar. Çadırlarda, şəraitsiz evlərdə yaşayan qaçqın, köçkün uşaqların göz yaşlarına məhəl qoymadılar. Hələ mən ötən əsrin əvvəllərindən erməni cəlladlarının minbir əzabla öldürdükləri uşaqlardan danışmıram. Xocalı soyqırımında öldürülən, dəriləri soyulan, bədənləri süngü ilə deşik-deşik edilən körpələrin nakam taleyindən söz açmaq istəmirəm. Lap dünənimizin acı həqiqətlərini, hər kəsə göz dağı olan uşaq şəhidlərimizin faciəvi ölümlərini xatırlatmaq istəyirəm bir daha...

Vətən müharibəsinin ən qızğın vaxtlarında, oktyabrın 16-dan 17- keçən gecə Gəncənin yaşayış binalarına raket zərbəsi endirildi, şəhər bombardman edildi. 20 ev dağıdıldı. 13 dinc sakin, o cümlədən 3 uşaq həlak oldu. Bununla bağlı xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Dinc əhaliyə atəş açmaq, özü əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar daşıyacaqlar... Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib".

...Həmin gün televiziya ekranlarında nümayiş etdirilən kadrlar insanın damarında qanını dondururdu. Böyük bir ərazi xarabazarlığa çevrilmişdi. Bir qız cocuğunun bu dağıntılar arasında ümidsizcəsinə sonsuzluğa dikilən baxışlarından süzülən kədərin yükü dünyanın özündən ağır idi. Valideynlərini itirib tənha qalan bu körpənin o dağıntılar arasından sağ çıxmağı özü bir möcüzə idi. Həm taleyin acı bir sınağıydı bu. Ömrünün sonuna qədər unutmayacaq, unutdurmayacaqdı, çünki bu acı onu heç vaxt tərk etməyəcəkdi...

İllər əvvəl Bakıdakı qaçqın şəhərciklərinin birində xarici nümayəndələrin iştirakı ilə uşaq günü münasibətilə keçirilən bir tədbirdə xarici qonağın: "Sizə bu taleyi yaşadanlara sözün var?" - sualına bir qız cocuğu düşünmədən: "Görəsən, onların uşaqları varmı?", - deyə cavab vermişdi. Şərhə ehtiyac qalmır...

Bu məqamda həmin sualı dünyanın hər yerində fitnə-fəsad törədən, müharibələr aparan, uşaqların ölümünə səbəb olanlara ünvanlamaq istərdim: "Sizin övladınız varmı?". , bir ... Sovet dövrünün yetirmələri olan Sarkisyan, Köçəryan, Paşinyan digər yanlara da sualım var: "Cənablar, o məşhur mahnının sözlərini xatırlayırsınızmı?". Mən əminəm ki, nəinki eşitmiş, hətta uşaqlıq çağlarında müxtəlif səviyyəli tədbirlərdə hətta onu oxumusunuz da... Elə isə bəlkə sülhə gələsiniz? Axı, milliyyətindən asılı olmayaraq, hər bir uşağın xoşbəxt olmağa haqqı var. Sülhə gəlin ki, səmamız açıq, günəşimiz daha parlaq olsun. Torpaqlar, hava barıt qoxumasın. Dünya uşaqları qaçqın, köçkün olmasın. Çünki bu adın özü belə ağırdır. Ancaq qədər ağır olsa da, mənim məmləkətimin uşaqları bu taleyi düz 30 il yaşadı. Daim onları düşünən dövlətimiz artıq bu adı götürüb onların üzərindən. Vətən müharibəsindəki Zəfərimiz torpaqlarımızın azadlığını, köçkün balalarımızın xoşbəxt yaşamaq haqqını qaytardı. İndi o yerlərə həyat qayıdır, məscidlərimizdən azan səsi, evlərdən uşaq gülüşü eşidilir. Uşaqlar gülərsə, dünya gülər!..

Zümrüd QURBANQIZI,

"Respublika".