Dağlar diyarı Yardımlıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib. Rayon İcra Hakimiyyətinin, YAP Yardımlı rayon təşkilatının və digər qurumların birgə təşkilatçılığı ilə baş tutan festivalda rayon ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
Əvvəlcə tədbirdə çıxış edən RİH başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin əsas tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə çıxarılması, bilik və bacarıqlarının daha da inkişafı üçün xüsusi şərait yaradılıbdır. Həm də istedadlı uşaqlara dövlət qayğısının daim artırılması istiqamətində respublikamızda böyük işlər görülüb, uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində əməli işlər aparılır, yeni layihələr həyata keçirilir.
Festivalda idman oyunları, rəsm əsərləri nümayiş olunub, xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar musiqi, şer, mahnı nümunələri ifa ediblər. Sonda festivala qatılıb fəal iştirak edən uşaqlara fəxri fərman və hədiyyələr verilib.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.