ÜRƏKLƏRƏ SEVİNC VƏ FƏRƏH GƏTİRƏN BİR GÜN...
Region

ÜRƏKLƏRƏ SEVİNC VƏ FƏRƏH GƏTİRƏN BİR GÜN...

Naftalan şəhərində ənənəvi “Son zəng“ tədbirləri bütün məktəblərdə uzun müddət xatirələrdə qalacaq səviyyədə, böyük təntənə ilə keçirilmişdir. Hələ səhər tezdən məktəbin qabağında sevinc dolu bir izdiham yaşanırdı... Bəli, insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur.

Belə yaddaqalan günlərdən biri də “Son zəng” günüdür.

Bu gün hiss olunurdu ki, məktəb kollektivi, onbirincilər və birincilər tədbirə çox yüksək əhval-ruhiyyədə hazırlaşmışdılar. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əmkdaşları, Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Regionları üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edirdilər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə, çıxış edən natiqlər ölkəmizdə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açdılar, “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı arzuladılar.Dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup müəllim və şagird “Fəxri Fərman”larla  təltif olundular. Tədbir məktəb məzunlarının iştirakı ilə hazırlanmış  mahnı və rəqslərlə, ədəbi-bədii kompozisiyalarla davam etdirildi.

Zabit XƏLİLOV,

“Respublika”.