Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
Digər xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycan Milli Xalça Muzeyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova iştirakçı və qonaqları salamladı. O, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini etnik özünəməxsusluğun qorunub saxlanılması, xalqlar, ölkələr arasında mədəni dialoqun qurulması və bu kimi vacib məsələlərin təşkil etdiyini vurğuladı.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov çıxış edərək konfransın əhatə etdiyi mövzunun vacib əhəmiyyətini qeyd etdi.Konfrans sessiyalarla öz işini davam etdirdi.

Beynəlxalq konfransda yaddaqalan məqamlardan biri Azərbaycan Milli Xalça Muzeyi və Budapeşt Etnoqrafiya Muzeyi arasında hər iki muzeyin rəhbərləri tərəfindən Anlaşma Memorandumunun imzalanması oldu.

“Respublika”.