Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  tədbir
Digər xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  tədbir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılğı əsasında  “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Ümummilli Liderin uzaqgörənliyi, mükəmməl idarəçilik təcrübəsi, müəllifi olduğu sosial-iqtisadi strategiyanın reallaşdırılması Azərbaycanın davamlı və dayanıqlı inkişafı üçün möhkəm təməl yaratdı. Bu strategiyanın mərkəzində Azərbaycanı qabaqcıl texnologiyaya əsaslanan sənaye ölkəsinə çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi mühüm hədəflər dayanırdı. 

YAP-ın Xətai Rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda sabitliyin bərqərar olmasından, beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsindən bəhs edib və onunla bağlı xatirələrini bölüşüb.

              Nəriman  CAVADOV,

                 “Respublika”.