Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri
Region

 Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri

 Lerik rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  növbəti tədbir Lerik Rayon İcra Hakimiyyəti  və “Respublika” qəzetiin təşkilatçılığı ilə keçirildi.

 Dəyirmi masada şəkilində  təşkil olunan  tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Lerik rayon arxiv idarəsinin müdiri Baləddin Şükürov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən  danışan   rayon rəhbəri  Əkbər Abbasov  bildirib ki,  ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

“Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan , Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi böyük islahatlardan danışıb.

 Digər natiqlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qüdrətli şəxsiyyət olduğunu qeyd ediblər. Burğulayıblar ki, bu günkü  davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin ideyalarının təntənəsidir.

Zəfər  ORUCOĞLU.