Türkiyədə  zəlzələ baş verib, xəsarət alanlar var
Dünya xəbərləri

Türkiyədə zəlzələ baş verib, xəsarət alanlar var

Türkiyənin Malatya vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə barəsində məlumat yayıb. Onun sözlərinə görə, hazırda itkilər qeydə alınmayıb: “Bir qəzalı bina dağılıb. Qorxu və təlaşdan hündürlükdən tullanma nəticəsində 22 nəfər yüngül xəsarət alıb".