DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BELARUS PREZİDENTİ: RUSİYA BİZƏ NÜVƏ SİLAHI VERİB

Belarus Rusiyadan taktiki nüvə silahı almağa başlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Dövlət başçısının sözlərinə görə, göndərilən silahların bəziləri ABŞ-nin 1945-ci ildə Yaponiyanın Xirosima Naqasaki şəhərlərinə atdığı atom bombalarından güclüdür.

Eyni zamanda, Aleksandr Lukaşenko belə bir bombanın 1 milyon insanı öldürə biləcəyini qeyd edib. “Rusiyadan aldığımız raket bombalarımız var. Bunlar Xirosima Naqasakiyə atılan bombalardan üç dəfə güclüdür".

Belarus lideri vurğulayıb ki, göndərilmə prosesi hələ başa çatmayıb. Lukaşenko onu da qeyd edib ki, Belarusda sovet dövründən qalan çoxsaylı nüvə anbarları mövcuddur. Həmin silahlar məhz bu anbarlarda yerləşdiriləcək.

Eyni zamanda, Aleksandr Lukaşenko bildirib ki, Ukraynadakı müharibə bitdikdən sonra da Qərb ölkəsi üçün təhdid mənbəyi olaraq qalacaq.

 

NİKOL PAŞİNYAN ÖZ KOMANDA ÜZVLƏRİNƏ GÜVƏNİ İTİRİB

Ermənistanın baş naziri Nikol Paşinyan artıq öz komanda üzvlərinə güvənini itirib. “Reportagentliyinin verdiyi xəbərə əsasən, bu barədə ErmənistanınJoqovurdqəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Nikol Paşinyanın təhlükəsizlik xidmətinin əməkdaşları görüşlərdən əvvəl hakimVətəndaş Sazişipartiyasının deputatlarının telefonlarını ağıllı saatlarını yığırlar.

Verilən xəbərə əsasən, deputat Ovik Ağazaryan bu məlumatı təsdiqləyib. deputat iddia edib ki, guya bu, parlamentarilərin diqqətinin yayınmaması üçündür.

Eyni zamanda, ErmənistanınHraparakqəzeti yazır ki, iyunun 10-da Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın oğlu Arşak Orduxanyanın toyunda iştirak edib. Baş nazirin gəlişindən əvvəl təhlükəsizlik işçiləri təxminən 900 qonağı metal detektorları ilə yoxlayıb. Nəşr iddia edir ki, bunlar Nikol Paşinyanın təhlükəsizlik qayğılarından irəli gəlir.

 

UKRAYNA ORDUSU MARİUPOL İSTİQAMƏTİNDƏ İRƏLİLƏMƏYƏ BAŞLAYIB

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar silahlı qüvvələrin uğurlu əks-hücum əməliyyatı barədə məlumat verib. “Teleqraf.comun xəbərinə görə, nazir müavini Ukrayna ordusunun ötən ildən Rusiyanın nəzarətini altında olan Mariupol şəhəri istiqamətində irəlilədiyinə eyham vurub.

Ukrayna müdafiə qüvvələri qismən uğurla hücum əməliyyatı keçirməyə davam edir”, - Anna Malyar əlavə edib.

Məlumata əsasən, Ukrayna Silahlı Quvvələri Baxmut istiqamətində müxtəlif ərazilərdə 200-500 metr, Zaporoje vilayətində isə 300-350 metr irəliləyiblər.

Ukrayna rəsmisinin sözlərinə görə, ölkə qoşunları son dərəcə şiddətli döyüşlər, düşmənin aviasiya artilleriya üstünlüyü şəraitində hərəkət edir.

Bununla yanaşı, Anna Malyar qeyd edib ki, Berdyansk istiqamətində Makarovka kəndi yaxınlığında, Mariupol istiqamətində isə Novodanilovka Novopokrovsk rayonlarında döyüşlər davam edir.

 

BMT MALİYYƏ ÇATIŞMAZLIĞI SƏBƏBİNDƏN SURİYAYA YARDIMI İKİ DƏFƏ AZALDIR

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Suriyaya ayrılan yardımın həcmini demək olar ki, iki dəfə azaldacaq. “Reportagentliyinin məlumatına görə, bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunur.

Bildirilir ki, yardım ümumilikdə 5,5 milyon nəfər üçün nəzərdə tutulmuşdu. Hazırda isə bu rəqəm 2,5 milyona enəcək.

Eyni zamanda, açıqlamada vurğulanır ki, qərar ərzaq yardımı olmadan bir həftə belə yaşaya bilməyən üç milyon suriyalının xeyrinə verilib.

Təşkilat qeyd edir ki, yardım eyni həcmdə davam etsəydi, bütün resurslar bu ilin oktyabrına qədər tamamilə tükənə bilərdi.

 

İSVEÇ NÜMAYƏNDƏSİ: TÜRKİYƏ İLƏ RAZILIĞA GƏLMƏYİMİZƏ HƏLƏ ÇOX QALIB

İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlardakı nümayəndəsi Oskar Stenström Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra tərəflərin razılığa gəlməsinə hələ çox qaldığını bəyan edib. “TASSagentliyinin verdiyi xəbərə görə, tərəflərin İsveçin Alyansa üzvlük məsələsindəki danışıqlar davam etdiriləcək.

Biz hədəfdən uzağıq. Düzgün istiqamətdə addımlar atmışıq. Söhbət bir daha İsveçin təxminən bir il əvvəl Madriddə imzalanmış memorandumu dərəcədə yaxşı yerinə yetirməsindən, xüsusən İsveçin Kürd Fəhlə Partiyası (PKK) terrorla dərəcədə yaxşı mübarizə aparmasından gedir”, - deyə Oskar Stenström vurğulayıb.

Bununla yanaşı, İsveç rəsmisi bildirib ki, ölkəsi yeni antiterror qanunvericiliyi sazişi üzrə bütün öhdəliklərini yerinə yetirir. O.Stenström Türkiyə tərəfinə İsveçin memorandumun bəzi hissələrini yerinə yetirdiyini PKK ilə mübarizəyə daha çox diqqət ayırdığını izah edib.

Xatırladaq ki, iyunun 14- Ankarada Türkiyə, İsveç, Finlandiya NATO nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli görüş keçirilib. Toplantıda İsveçin Alyansa üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.

 

ÇİNİN XİN BAŞÇISI ABŞ-I ÖLKƏSİNİN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAMAĞA ÇAĞIRIB

Çinin xarici işlər naziri Tsin Qan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Vaşinqton Pekin arasında münasibətlərdə yeni gərginliklərə diqqət çəkərək, ABŞ-nin Çinin daxili işlərinə müdaxiləsinin yolverilməzliyini qeyd edib. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya əsasən, telefon danışığı zamını Tsin Qan Çin ABŞ arasında münasibətlərin yeni çətinliklər çağırışlarla üzləşdiyini bəyan edib.

Eyni zamanda, rəsmi Pekin ikitərəfli münasibətlərə qarşılıqlı hörmət qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yanaşdığını bildirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Entoni Blinken Tsin Qan arasında telefon danışığı baş tutub baş diplomatlar iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

 

TRAMP: PREZİDENTİN MƏXFİ SƏNƏDLƏRİ EVİNDƏ SAXLAMAQ HÜQUQU VAR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədləri evində saxlamaq hüququna malik olduğunu açıqlayıb. “Reportagentliyinin verdiyi xəbərə əsasən, o, bu barədə Nyu-Cersi ştatında tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.

Prezident özü ilə hansı sənədləri götürmək qərarına gəlsə, bunu etməyə tam hüququ var. Bu, onun mütləq hüququdur”, -  deyə Donald Tramp vurğulayıb.

ABŞ-ın keçmiş prezidenti həmçinin özünə qarşı ittihamları siyasi təqib Cozef Bayden administrasiyasınınseçkiləri yenidən saxtalaşdırmaq cəhdiadlandırıb.

Xatırladaq ki, iyunun 13- Donald Tramp heç bir şərt qoyulmadan Mayami məhkəməsindən azad edilib. Məhkəmədə o, məxfi sənədlərlə düzgün rəftar edilməməsi ilə bağlı üzrə özünü təqsirli bilməyərək bütün ittihamları rədd edib.

Qeyd edək ki, Donald Trampa qarşı 37 maddə üzrə ittiham irəli sürülüb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.