Türkiyə Sahil Mühafizəsi Komandanlığı 2023-cü ilin ilk 7 ayı üçün qeyri-qanuni miqrasiyaların sayı haqqında statistika paylaşıb.
"Respublika" Türkiyə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ötən ilə nəzərən bu ilin ilk yarısında qeyri-qanuni mühacirlərin sayında azalma baş verib.
2022-ci ildə 826 olan qeyri-qanuni miqrasiyaların sayı, 2023-cü ilin ilk 7 ayında 707 olaraq hesablanıb. Qeyri-qanuni yollarla xaricə getməyə çalışarkən tutulan immiqrantların sayı 2022-ci ildə 25 min 460 ikən, 2023-cü ilin ilk 7 ayında 19 min 800-ə çatıb.
Töhfə SƏMƏDOVA,
“Respublika”.