Türkiyə XİN: Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur
Siyasət

Türkiyə XİN: Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur

Bu gün Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur.
"Respublika" xəbər verir ki, bunu mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.
XİN nümayəndəsi deyib: “Vəziyyətdən asılı olaraq, şərtlər dəyişmədiyi təqdirdə Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla, daha yüz nəfərin təxliyyəsi planlaşdırılır”.
Noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətiriləcək. Onların arasında türklərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.