Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarı Alixan Smailov ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarı Alixan Smailov ilə görüşüb

Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb

İyunun 22- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hökumət başçıları əvvəlcə təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli gündəliyin aktual məsələlərinə toxunulub.

Sonra Baş nazirlər Əli Əsədov Alixan Smailov nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Görüşdə Alixan Smailovun Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmasından sonra ilk xarici səfərini məhz Azərbaycana etməsindən məmnunluq ifadə olunub.

Qeyd edilib ki, ötən il Azərbaycan Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olub. Bu illər ərzində iki ölkə bütün sahələrdə konstruktiv dialoq qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına nail olub.

Vurğulanıb ki, prezidentlər İlham Əliyevin Kasım-Jomart Tokayevin birgə səyləri ilə Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı bu gün bütün istiqamətlər üzrə inkişaf edir genişmiqyaslı xarakter daşıyır.

Tərəflər ali səviyyəli qarşılıqlı səfərlərin görüşlərin iki ölkənin səmərəli əlaqələrinə böyük töhfə verdiyini qeyd ediblər. Azərbaycan Prezidentinin cari ilin aprelində Qazaxıstana uğurlu rəsmi səfəri bunun növbəti təsdiqi kimi qiymətləndirilib.

Səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanmasının əhəmiyyəti vurğulandı, bunlardan ən mühümünün "Azərbaycan Respublikası Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol"un olduğu qeyd edilib.

Baş nazir Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qazaxıstanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Hökumət başçıları Qazaxıstan Prezidentinin Azərbaycana ötənilki rəsmi səfərinin səmərəli nəticələrini qeyd ediblər. Vurğulanıb ki, bu səfər bir sıra çox mühüm sənədlərin imzalanması ilə əlamətdardır. Xüsusilə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" Azərbaycan-Qazaxıstan əlaqələrini keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Qazaxıstan Prezidentinin işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşası təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.

Qeyd edilib ki, Azərbaycan Qazaxıstan arasında əməkdaşlığın əsas istiqamətini ticari-iqtisadi əlaqələr təşkil edir. Tərəflər 2022-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli şəkildə - təxminən 4,5 dəfə artaraq 600 milyon dollar həddinə çatmasından məmnunluq ifadə ediblər. İki ölkənin iqtisadi inkişaf səviyyəsi potensialı nəzərə alınmaqla, yeni göstəricilərə nail olmaqdan ötrü bundan sonra da birgə səylərin ortaya qoyulacağına hazırlıq təsdiqlənib.

Ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinin həllində Birgə hökumətlərarası komissiyanın rolu qeyd olunub.

Görüşdə nəqliyyat-logistika əlaqələrinə prioritet əhəmiyyət verilməsi vurğulanıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub. Ötən il Azərbaycan Qazaxıstan arasında yükdaşımaların ümumi həcminin təxminən 3 dəfə, tranzit yükdaşımalarının isə 3,2 dəfə artmasından məmnunluq ifadə edilib. Orta Dəhliz ilə yüklərin nəqlinin artırılmasına dair dövlətlərimizin başçılarının tapşırıqlarının hökumətlər xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olunub.

Baş nazirlər neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafını vurğulayıb, Qazaxıstan neftinin cari ildə Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarına tədarükə başlanmasını məmnunluqla qeyd ediblər.

İki ölkənin kənd təsərrüfatı, mədəni-humanitar digər sahələrdə qarşılıqlı əlaqələri müsbət qiymətləndirilib.

Hökumət başçıları, həmçinin bir sıra digər sahələrdə, o cümlədən yüksək texnologiyalar, telekommunikasiyalar bərpaolunan enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycan Qazaxıstan arasında danışıqların yekunlarına əsasən aşağıdakı sənədlər imzalanıb:

"AzerTelecom" MMC ilə "Kazakhtelecom" SC arasında Səhmdarlar Müqaviləsi";

"Azərbaycan Dəmir Yolları" QSC, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti" SC "Gürcüstan Dəmir Yolları" SC arasında birgə müəssisənin yaradılması fəaliyyətinin əsas prinsipləri haqqında Saziş";

"Azərbaycan Respublikasının Dövlət

Neft Şirkəti ilə "KazMunayQaz Milli Şirkət" SC arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum";

"Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

"Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

"Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazaxıstan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 24 may 2005-ci il tarixli Saziş"in icrası ilə bağlı 2023-2024- illər üçün Tədbirlər Planı";

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye İnfrastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu";

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu";

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum".