Türkiyə və ABŞ-ın müdafiə nazirləri arasında telefon danışığı olub
Dünya xəbərləri

Türkiyə və ABŞ-ın müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Bundan başqa, nazirlər İsveçin NATO-ya üzvlüyü və F-16 tədarükü/modernizasiyası barədə fikir mübadiləsi də aparıblar.