Türkiyə-Azərbaycan müttəfiqliyinin təməlində qardaşlıq, sarsılmaz birlik dayanır
Türk dünyası

Türkiyə-Azərbaycan müttəfiqliyinin təməlində qardaşlıq, sarsılmaz birlik dayanır

Azərbaycanın qardaş Türkiyə ilə birliyi strateji müttəfiqliyi uğurlu olduğu qədər regional sabitlik baxımından mütləqdir. Əlbəttə ki, əməkdaşlığın kökündə sadəcə dostluq münasibətləri dayanmır. Hər iki ölkə arasında həm ticari-iqtisadi əməkdaşlıq baxımından da böyük layihələrə imza atılıb. Bu istiqamətdə bir çox mühüm işlər artıq öz həllini tapıb. Elə bunun nəticəsidir ki, iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Bu layihələr, eyni zamanda ölkələrimizi iqtisadi cəhətdən bir daha gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP digər nəhəng layihələr həm region üçün böyük əhəmiyyətə malikdir. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan Türkiyə deyil, bütün dünya üçün böyük önəm daşıyır. Bu münasibətlər iqtisadi əməkdaşlıqla yanaşı, kənd təsərrüfatı, turizm, humanitar, nəqliyyat, sənaye, ekologiya, təhsil bir sıra sahələr üzrə davam etdirilir. Münasibətlərimiz qürurverici olduğu qədər bütün dünyaya bir nümunədir.

Hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə 1992-ci il mart ayının 24- Türkiyədə rəsmi səfərdə olmuşdur. Səfər zamanı "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu" imzalanmışdır. Səfərin uğurlu nəticəsi olaraq 1992-ci il mayın 28- Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlərdə sürətlə uğurla inkişaf etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15- Şuşada 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalamışlar. Şuşa Bəyannaməsi imzalanan zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Qars müqaviləsini xatırlayaraq xüsusilə qeyd etmişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır". Tarixi əlaqələrin kökündə yeni, daha sıx əməkdaşlıq münasibətləri dayanır.

Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq baxımından da birliyimiz qürurvericidir. Hər il bir neçə dəfə birgə hərbi təlimlər keçirilir. Bütün bunlar sözsüz ki, Türkiyənin həm hərbi təcrübəsindən yararlanmaq baxımından da müsbət nəticələr verir. Hərbi müttəfiqliyimizin əsası 1992-ci ilin avqust ayında Ankarada "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə"nin imzalanması ilə qoyulmuşdur. 2010-cu ildə isə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı "Strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında Müqavilə"nin elə həmin ilin sentyabr ayında "Azərbaycan Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə"nin imzalanması ilə daha da genişlənmişdir. Bütün bunların nəticəsində bu gün hər iki ölkənin hərbi qüvvələri regionun ən güclü ordusu hesab edilir. Onu da xüsusi olaraq qeyd edək ki, 2020-ci ildə Vətən müharibəsindəki qələbəmizdə Türkiyə dövləti Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi siyasi baxımından dəstəyi təkanverici qüvvə olmuşdur.

Fevral ayının 6-da baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk qardaşlıq dəstəyi göstərən məhz Azərbaycan oldu. Faciə baş verən andan etibarən maddi yardımla yanaşı, canlı qüvvə, xilasedicilər, həkim heyəti bölgəyə göndərildi. Bütün Azərbaycan səfərbər olub, qardaş köməyinə tələsdi. Sadə xalq, vətəndaşlar, hamı bacardığı köməkliyi göstərməyə çalışdı. Qardaş, dost əlini uzatdı. Çətin sınaqdan birgə çıxmağa çalışdıq. Zəlzələ baş verən andan indiyə kimi Azərbaycan tərəfi AFAD digər humanitar qurumların bank hesabına 45 milyon ABŞ dollarından artıq vəsait köçürmüşdür. Həmçinin 5320 ton humanitar yardım göstərilmişdir.

Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artması da bu gün yüksələn xətlə inkişaf edir. Təkcə 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollar təşkil etmişdir. Yaxın gələcəkdə isə türk dövlətləri ilə ticarət dövriyyəsi 15 milyard dollaradək yüksələcək. Hər iki dövlət arasında bütün sahələrdə əməkdaşlıq dostluq münasibətləri üzərində qurulduğu üçün nəticəsi çox uğurlu alınır. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində qurulmasının təzahürüdür.

Ramidə YAQUBQIZI,

"Respublika".