TUA rəsmisi:
Gündəm

TUA rəsmisi: "IAC-2023" Azərbaycanda dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

Ölkəmizin nailiyyətlərini bu Konqres və sərgidə nümayiş etdirməkdən şərəf duyuruq. Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi ("IAC-2023") sözsüz ki, qardaş ölkəmiz Azərbaycanda dünyanın hər yerindən olan "Bütün kosmik insanları birləşdirən" mötəbər platformadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri "SPACE 2030: QLOBAL Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Serdar Hüseyin Yıldırım deyib.

TUA prezidenti bildirib ki, "IAC-2023"ün sponsoru olmaq TUA üçün Türkiyənin ən sürətlə inkişaf edən şəhərlərindən olan Antalyada "IAC-2026"ya ev sahibliyi etmək öhdəliyimizi təsdiqləmək üçün bir şansdır.

S.H.Yıldırım bildirib ki, kosmik sahəyə yatırımlar etmək çox önəmlidir. Belə ki, kosmik sahədə edilən yatırımlar bir neçə dəfə artaraq geri qayıdır. Kosmik sənayeyə edilmiş yatırımlar bizim gələcəyimizə, gənclərimizin gələcəkdə dayanıqlı inkişafına doğru atılmış addımdır.