Tramp-ın Ayova ştatındakı ilkin seçkidə topladığı səslər bəlli oldu
Dünya xəbərləri

Tramp-ın Ayova ştatındakı ilkin seçkidə topladığı səslər bəlli oldu

ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli Ayova ştatının dairələrinin birində ilk yeri tutub, digər 98 dairədə isə ABŞ-ın sabiq prezidenti Donald Tramp liderlik edir. O, ilkin seçkilərdə səslərin 51 faizinin səsini toplayıb.

"Respublika" xəbər verir ki, bu məlumat Respublikaçılar Partiyasının saytında dərc edilən səsvermənin ilkin nəticələrində yer alıb. Ştatın 92 dairəsində səslər hesablanıb. Nikki Heyli yalnız Conson dairəsində birinci yeri tuta bilib, digərlərində isə Donald Tramp liderlik edir.

Yüz mindən çox səsin hesablanmasından sonra əldə edilən nəticələrə əsasən, Respublikaçılar Partiyasının 55,8 min tərəfdarı Ağ Evin sabiq liderinə üstünlük verib. Florida qubernatoru Ron Desantis 21,2 faiz səslə ikinci, ABŞ-ın BMT-dəki keçmiş səfiri və Cənubi Karolinanın sabiq qubernatoru Nikki Heyli isə 19,1 faizlə üçüncü yerdə qərarlaşıb.

Nikki Heyli Ayova ştatında keçirilən ilkin seçkilərdə qələbəsi münasibətilə Donald Trampı təbrik edib.

Respublikaçıların ilk “kokusları” (partiyaların öz namizədini seçdiyi partiyadaxili yığıncaqlar) bu partiyadan prezident postuna namizədin müəyyən edilməsi prosesinə formal start verib.