“Təqib və İzləmə” sisteminin təqdimatı
Digər xəbərlər

“Təqib və İzləmə” sisteminin təqdimatı

Naxçıvan MR Dövlət Vergi Xidmətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin, Naxçıvan MR DVX-nin və Baş Gömrük İdarəsinin, “T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə tətbiq olunacaq “Təqib və İzləmə” (“Track and Trace”) sisteminin təqdimatı keçirilib.

9 iyun Dövlət Vergi Xidmətindən bildirilir ki, təqdimatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin aparat rəhbəri Emil Qarayev təqib və izləmə metodunun tətbiqini şərtləndirən məqamları diqqətə çatdırıb. Bildirib ki, bu mexanizmin tətbiqi hazırda bütün dünyada aktualdır, həm biznes, həm də nəzarət edən qurumlar üçün prioritetdir. “Təqib və İzləmə” sistemi təchizat zəncirinin keyfiyyətini, səmərəliliyini və şəffaflığını artırmaqla yanaşı, məlumatların paylaşılması və istifadəsi üçün həllərin hazırlanmasına, təhlükəsizliyin və etibarlılığın artırılmasına imkan verir.

“Təqib və İzləmə” sistemi istehsal prosesindən ən son istehlakçıya qədər məhsulun keçdiyi bütün yolu real vaxt rejimində izləmək imkanı verir.

“Respublika”.